17:04 - 18.05.2022
18 may, Fineko/abc.az. Səudiyyə Ərəbistanının suveren fondu olan İctimai İnvestisiya Fondu (PİF) oyun konsollarının istehsalı və video oyunların hazırlanması üzrə ixtisaslaşan Yaponiyanın "Nintendo" şirkətində 5%-lik pay alıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg xəbər agentliyi məlumat yayıb.
Müqavilə Səudiyyə fondunu "Nintendo"nun beşinci ən böyük səhmdarı edir. Agentliyin məlumatına görə, alış investisiya məqsədi ilə həyata keçirilib.
"Toyo Securities"in analitiki Hideki Yasudanın sözlərinə görə, "Səudiyyə Ərəbistanı öz video oyun sənayesini qurmağa çalışır və Yapon oyun şirkətlərinə sərmayə yatırmaq çox güman ki, krallığa Yapon oyun tərtibatçılarından öyrənməyə kömək edəcək".
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024