“Yapı Kredi Bank Azərbaycan” istehlak kredit faizini 13%-ə endirdi

15:55 - 19.05.2022


19 may, Fineko abc.az. “Yapı Kredi Bank Azərbaycan” indi istehlak kreditlərini daha aşağı faizlə təklif edir.  Belə ki, Bankın yeni və ya təkrar müştəriləri 30 iyuna kimi istehlak kreditlərini 13% dən başlayan faiz dərəcələri ilə əldə edə biləcəklər.

Bank həmçinin, 30 min manatadək olan istehlak kreditləri üçün  zamin tələb etmir.

Bu şərtlər kampaniyanın sonunadək, yəni 30 iyun 2022-ci il tarixinədək qədər qüvvədə olacaq.

Kampaniya daxilində istehlak kreditinə buradan müraciət edə bilərsiniz: https://www.yapikredi.com.az/az/kredit-sifarisi

Qeyd edək ki, kampaniya sürətli, səyahət, avtomobil, restrukturizasiya, daşınmaz əmlak, dövlət ipotekası (güzəştli və güzəştsiz) və depozit qarşılıqlı kreditlərə şamil edilmir.

 

Вся лента