“Silk Way West Airlines” iki yeni “Boeing 747-400” təyyarəsi əldə etdi

12:04 - 15.05.2018


15 may, Fineko/abc.az. Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” iki yeni “Boeing 747-400” təyyarəsini alıb.

 “The Loadstar”  portalının xəbərinə əsasən, keçən həftə şirkət əvvəlcə “Malaysian Airlines”a məxsus 747-400F təyyarəsini aldı, ikincisi isə iyun ayında göndəriləcək.

"Həmçinin apreldə həftədə iki dəfə Belçikaya, Lyejə uçuşlar başlandı  və iki illik  fasilədən sonra Budapeştə uçuşların bərpa olundu”, - şirkətdən belə bildirildi.

Hazırda Silk Way West 45 istiqamətdə fəaliyyət göstərir.

 

Вся лента