Bakıda 28 məktəbə dirktor axtarılır

16:03 - 20.05.2022


20 may, Fineko/abc.az. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində direktor vəzifəsi vakant olan məktəblərin sayı açıqlanıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə İdarədən bildirilib. Qeyd edilib ki, İdarənin tabeliyində olan 28 təhsil müəssisəsinin direktoru vəzifəsi vakantdır.

Qeyd edilib ki, 2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 37 (109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96, 122, 105, 311, 177, 319, 323, 256, 130, 232, 80, 302, 320, 223, 216, 205, 210, 56, 209, 201, 166, 57, 226) yeni direktor təyinatı həyata keçirilib.

 

Вся лента