Araşdırsaq Bakı paytaxtlar içində yaşıllıq baxımından ən yoxsul şəhərlər sırasında olar

14:08 - 23.05.2022


23 may, Fineko/abc.az. "Hələ 7-8 il əvvəl "Sovetski"ni sökməyə başlayanda həmin ərazidə tikinti olmayacağını, ümumi istifadə və istirahət üçün parkın, yaşıllıq-rekreasiya zonasının yaradılacağı vəd edilirdi. O zamanlar çox təəccüblənmişdim, çünki son 25 ildə paytaxt ərazisi qarış-qarış satılıb, elementar tikinti-şəhərsalma normaları ayaqlar altında qalıb, standartlara görə 1000 nəfərin məkunlaşa biləcəyi ərazilərdə ən azı 5000 nəfərin yaşaya biləcəyi mənzillər tiklib, yaşıllıqlar tikinti bosslarının çəkmələri altnda məhv edilib”.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu səbəbdən "Sovetski" kimi şəhərin "ürəyi" olan ərazidən biznes məqsədləri üçün faydalanıb yüz milyonlarla manat qazancdan vaz keçməyə təəccüblənməmək olmazdı: “Amma indi aydın olur ki, təəccüb əbəs imiş - hələlik təxminən 60 hektarlıq hissə tikinti üçün açılıb. Açığı, bilmirəm orada ümumi ərazi nə qədərdir və bundan sonra tikinti üçün yenə nəsə qalırmı. Əslində reytinq tərtib edilsə, Bakı dünya paytaxtları içərisində yaşıllıq baxımından ən yoxsul şəhərlər sırasında yer alar. Bir dəfə müxtəlif mənbələr əsasında araşdırmışdım, Bakının yaşıllıq ərazisi ümümi ərazinin 7%-i ətrafındadır. Bu, dünya standartları baxımından çox aşağı göstəricidir - ayrı-ayrı şəhərlərdə bu göstərici orta hesabla 15-20% intervalında dəyişir”.

 

Вся лента