"AccessBank" və "ASAN Könüllüləri" AİM layihəsinə yekun vurub

15:26 - 15.05.2018


"AccessBank" və "ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı çərçivəsində reallaşdırılan "ASAN İnkişaf Modeli" (AİM) layihəsinə yekun vurulub.

Sonuncu tədbir Bakının Binəqədi rayonunda yerləşən 276 saylı orta məktəbdə keçirilib. Tədbirdə 200-dən çox 9-11 sinif şagirdləri iştirak edibki, onlara ixtisas seçimi, müasir və innovative texnoloji yeniliklər, social şəbəkələrdən faydalı istifadə, dünya trendlərinə düzgün qoşulma, yaradıcı, məntiqi təfəkkürün inkişaf etdirilməsi, özünü inkişaf mövzularında təlimlər keçirilib.

 Tədbiri giriş sözü ilə açan "AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentlərinin direktoru Günay Cəlilova bildiribki, bu layihənin keçirilməsində əsas məqsəd şagirdlərə ixtisas seçimində dəstək olmaq, onları yeni trendlərlə tanış etməklə yanaşı, qarşıya düzgün məqsədin qoyulması və ona çatmaqda motivasiya verməkdir. İndiyədək ölkənin 6 bölgəsində analoji təlimlərin keçirildiyini deyən department rəhbəri əlavə edibki, layihə ümumilikdə 2000-dən çoxşagirdiəhatəedib:"Biraydançoxdursevə-sevəreallaşdırdığımızlayihəninsonunaçatdıq. Bu müddət ərzində ölkənin bölgələrini qarış-qarış gəzərək ixtisas seçimi astanasında olan şagirdlərlə ünsiyyət zamanı anladıqki, bizim doğrudan da işıqlı gələcəyimiz var. Məhz bunun nəticəsində işimizdən daha çox zövq aldıq. Gələcəyə, yəni siz gənclərə yatırım etmək bizim üçün olduqca vacibdir və bu işi sevə-sevə davam etdirəcəyik".

 Daha sonar təlimlərə start verilib. Təlimləri "AccessBank" və "ASAN Könüllüləri" təşkilatının nümayəndələri aparıblar.

 Ardınca təlimlərdə iştirak edən şagirdlərin sualları cavablandırılıb. Təlimlərə maraq olduqca böyük idi və bunun nəticəsi kimi, şagirdlərin əksəriyyəti aktivliyi ilə seçilirdi.

 Yekunda şagirdlərə hədiyyələr və trenddə olan kitablar paylanılıb.

 Xatırladaqki, aprel ayının 5-dən etibarən start götürən təlimlər Şirvan, Sabirabad, Masallı, Cəlilabad, İsmayıllı, Qəbələ rayonlarında keçirilib.


Вся лента