15:19 - 24.05.2022
24 may, Fineko/abc.az. Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək.
ABC.AZ Modern.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiya bu istiqamətdə aktiv iş aparır.
Ümumi qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək. Komissiyanın sədr müavini Elmin İmanov bildirib ki, artıq adları dəyişdiriləcək küçələrin, yeni məhəllələrin siyahısı hazırlanıb. Onun sözlərinə görə, pasportlaşdırma mərhələsində Bakı rayonlarının icra başçılarının müavinləri də iştirak edirlər.
“Hazırlanan siyahı əsasında dəyişim, yenilənmə həyata keçiriləcək. Yeni adlar verilərkən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin adlarının qanunvericiliyə uyğun olaraq əbədiləşdirilməsi, Azərbaycana xidmətlərinə görə, ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən şəxslərin adlarının küçələrə verilməsi nəzərə alınacaq”, - deyə Elmin İmanov vurğulayıb.
25 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
22 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
22 Апрель 2024