İcbari sığorta növləri üzrə sığorta haqları azalıb - 22% kiçilmə var

16:44 - 24.05.2022


24 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında icbari sığorta növləri üzrə sığorta haqları 91 milyon 26,1 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, buarada 22% azalma var.

Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (72 milyon 792,9 min manat), həyatın yaşam sığortası (136 milyon 694,3 min manat) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (30 milyon 210,4 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 66,8%-ni təmin edib.

 

Вся лента