Yanvar-aprel aylarında Azərbaycanın əsas kapitalına 45,1 milyard manat yönəldilib

16:28 - 15.05.2018


15 may, Fineko/abc.az. Yanvar-aprel aylarında bütün maliyyə mənbələrindən əsas kapitala  4 milyard 160,1 milyon manat  qoyulub.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, onlardan 2  milyard 281,6 milyon manat və ya 54,8% neft sektoruna yönəldilib.

“Qeyri-neft sektorunun investisiyaların həcmi 42,5% artıb. Əsas kapitala daxili mənbələrdən investisiyalar bütün investisiyaların 52,4%-ni təşkil edib”, - Komitədən bildirilib.

Əsas vəsaitlərə yönəldilmiş investisiyalarda müəssisə və təşkilatların payı 55,6%, bank kreditləri 15,9%, büdcə vəsaitləri 22,2%, əhalinin şəxsi vəsaitləri 5,4%, qeyri-büdcə fondlarının vəsaitləri 0,5%, digər  vəsaitlər - 0,4% təşkil etmişdir.

 

Вся лента