Həyatın yaşam sığortasında ödənişlərin azalmasına aydınlıq gətirildi

16:54 - 25.05.2022


25 may, Fineko/abc.az. Həyatın yaşam sığortası bir sığorta növü olaraq özünəməxsus özəlliklərə, şərtlərə malikdir. Belə ki, bu sığorta növü ölkəmizdə sığortalılara 3 illik sığorta müqəviləsi müddəti ilə təklif olunur. Bu da onun deməyə əsas verir ki, bu sığorta növü üzrə ödəniş məbləğlərində müxtəlif periodlarda volatilliyin müşahidə edilməsi normal haldır. Bunu əsas götürsək, bu növ üzrə müxtəlif dövlərlərdə ödənişlər arta da bilər, azala da bilər, hətta ödənişlər yığım məbləğini ötə də bilər.

Bunu ABC.AZ-a müsahibəsi zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev Mərkəzi Bankın ötən 4 ay ərzində həyat sığortasının ödənişlərindəki azalmanı şərh edərkən deyib.

O qeyd edib ki, yanvar-aprel aylarını əhatə edən sığorta icmalından ödənişlərdə azalma görünür.

Belə ki, 2022-ci yanvar-aprel aylarında ödənişlər 29.1 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq periodu ilə müqayisədə 70 milyon manat azdır.

Bu o demək deyil ki, həyat sığortası şirkətləri ödənişlərdən imtina edir, xeyr.

Bu azalma, cavabımın əvvəlində qeyd etdiyim kimi, haqqında danışdığımız sığorta növünün sahib olduğu özünəməxsus xüsusiyyətləri və 3 illik müqavilə müddəti məsələsi ilə birbaşa bağlıdır. Yəni müvafiq azalmanın istər sığortaçılara, istərsə də sığortalılara hər hansı bir neqativ təsiri yoxdur.

Müəllif: Elmir Murad

Вся лента