Bu ilin birinci rübündə valyuta bazarında əməliyyatlar əsasən hansı valyutada aparılıb?

10:56 - 26.05.2022


26 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu ilin I rübünün “Pul siyasəti icmalı”nı yayıb.

Sözügedən icmalda nağdsız valyuta əməliyyatları barədə qeyd edilib ki, bəhs olunan dövrdə əməliyyatların məbləği əvvəlki ilə nəzərən 25,8 % artaraq 7,4 milyard ABŞ dolları ekvivalentində olub.

Bunun 30,1 %-i banklararası valyuta bazarında (BVB), 69,9 %-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Dövr ərzində BVB-də əməliyyatların 99,6 %-i ABŞ dollarında, 0,4 %-i avroda aparılıb.

BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

 

Вся лента