Energetika naziri: Azərbaycan hasilatın sabitləşməsi haqqında qərarı dəstəkləməyə hazırdır

13:31 - 20.10.2017


Azərbaycan bütün öhdəliklərə, o cümlədən, OPEC qarşısında öhdəliklərə ciddi  yanaşır.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun qeyd etdiyi kimi, noyabr ayında OPEC və OPEC+ nazirlərinin iclası gözlənilir.

“Dəvət aldığımız və rəhbərliyin razılığı olduğu halda, iştirak edəcəyik”, - deyə nazir bildirib.

Pərviz Şahbazov həmçinin vurğulayıb ki, son zamanlar neft bazarında vəziyyətin sabitləşməsi müşahidə olunur ki, bu da düzgün qərar qəbul edilməsinə işarə edir.

“Əgər neft bazarının irəlidəki sabitləşməsinə yönəldilmiş yeni bir qərar  qəbul ediləcəksə, o zaman, Azərbaycan həmin qərarı dəstəkləyəcək”, -  P.Şahbazov belə deyib

 

Вся лента