“Azəri Light” markalı neftin qiyməti bir barelə 79 dolları ötdü

12:06 - 16.05.2018


16 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,67 dollar (0,85%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,28 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti  0,20 dollar enərək 78,05 dollar təşkil etmişdir. Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin qiyməti 0,08 dollar yüksələrək 70,99 dollar/barelə təşkil etmişdir. “Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi  hazırda 7,06 dollar / barel təşkil edir.

 

Вся лента