Büdcə gəlirlərinin artımının əsas mənbələri açıqlandı - Detallar

12:07 - 31.05.2022


31 may, Fineko/abc.az. “Büdcə intizamı maliyyə öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsindən, büdcə vəsaitlərinin müvafiq məqsədlər üçün xərclənməsindən, müəyyən edilmiş norma və qaydalara ciddi riayət edilməsindən ibarətdir”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri büdcə intizamının artırılması istiqamətində ilk növbədə daxili nəzarət və mühasibat uçotunun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinin, bu sahədə bilik və bacarıqların artırılmasının vacib olduğunu qeyd edib.

“Ötən ildə dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8% çox icra edilib, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, ƏDV, gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil edib. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130,0 mln. manat məbləğində əməl olunmayıb”.

Вся лента