Azərbaycandakı 5 bankın əməliyyat gəlirləri 35 milyon manatı keçib

12:27 - 3.06.2022


3 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I rübündəki əməliyyat gəlirləri 35 milyon manatdan çox olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (227,694 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (149,693 milyon manat), “PAŞA Bank” (97,804 milyon manat), “Unibank” (47,929 milyon manat) və “Bank Respublika” (35,613 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 11-də əməliyyat gəlirləri 10-33 milyon manat arasında, 8 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan az olub.

Вся лента