Əli Həsənova məxsus olan daha bir neçə şirkət bağlanır - Təfərrüat

12:00 - 8.06.2022


8 iyun, Fineko/abc.az. Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər bağlanır.

ABC.AZ “yeniavaz.com”a istinadən xəbər verir ki, Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “ATOM QİDA” MMC (VÖEN -1701554201) və “DULCE Nutrition” MMC (VÖEN -–702132271), həmçinin Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanında qeydiyyatda olan “Beynəlxalq Mətbuat Mərkəzi” MMC (VÖEN -–2003103531) ilə Xətai̇ rayonu, Seyi̇d Əzi̇m Şi̇rvani̇ küçəsi, ev 5A, mənzil 165 ünvanında qeydiyyatda olan “CASPİAN BEVERAGE COMPANY” MMC (VÖEN -–2005832511) ləğv olunduqlarını açıqlayıblar. Məlumat üçün bildirək ki, daha əvvəl “ATOM QİDA” MMC-yə Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib. Hazırda “ATOM QİDA” MMC, “DULCE Nutrition” və “CASPİAN BEVERAGE COMPANY” MMC-yə Əvəzov Anar Xudayət oğlu rəhbərlik edir.

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC-yə isə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Vəliyev Azər Kalam oğlu rəhbərlik edir.

Вся лента