Ermənistanda 2021-ci ildə yoxsulluq 7 % artıb - Dünya Bankı

10:45 - 9.06.2022


9 iyun, Fineko/abc.az. BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”nə əsasən, Ermənistanda 500 minə yaxın insan normadan az qidalanır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, təşkilat eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayının 70 min nəfər artdığını bildirib.

Qeyd edilir ki, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir.

Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7 % artıb. 2020-ci ildə bu, 27 % olub.

Ermənistanın əhalisi 3 milyon nəfərdir.

Вся лента