Qaxda uzunluğu 12,5 km olan yol yenidən qurulur

11:30 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Qax rayonunda uzunluğu 12.5 km olan və Qax-Qaçqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan Aşağı Malax-Qaçqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metr təşkil edir.

Aparılan işlər çərçivəsində layihənin Qaçqaçay hissəsində mövcud köhnə arx qazılaraq, yenisi çəkilib. Uzunluğu 830 metr olan yeni arxın ətrafına 640 p/m səki daşı düzülüb.

Bundan başqa, Qaçqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşasına da start verilib. Hazırda körpünün kənar dayaqlarının tikintisi aparılır.

 

Вся лента