“Əsrin müqaviləsi”nə birinci rübdə 362 milyon dollar sərmayə qoyuldu

16:36 - 17.05.2018


17 may, Fineko/abc.az. 2018-ci ilin yanvar-mart aylarında Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 54 milyon barel (7 milyon ton) neft çıxarılıb. Yataqlar blokunun operatoru, BP-Azerbaijan şirkətinin məlumatında deyilir ki, hesabat dövründə Çıraq (53 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (123 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (109 000) və Qərbi Çıraq (62 000) platformalarından birlikdə – gündə orta hesabla 597 000 barel olub. “AÇG-də ümumilikdə 118 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub.1-ci rüb ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 102 milyon dollar əməliyyat məsrəfləri və 260 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Вся лента