2018-ci ilin aprelin 1-nə BTC üzrə 2,93 milyard barel neft nəql edilib

16:50 - 17.05.2018


17 may, Fineko/abc.az. 2018-ci ilin birinci rübündə BTC Ko. şirkəti  Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə 538 milyon dollar xərcləyib.

BP-Azerbaijan şirkətinin məlumatında deyilir ki, rüb üzrə əməliyyat xərcləri 123 milyon dollar, əsaslı xərclər isə 415 milyon dollar təşkil edib.

“2006-cı ilin iyun ayından 2018-ci ilin birinci rübünün sonuna qədər BTC ilə 391 milyon ton neft (2.93 milyard barel) nəql edilib, Ceyhanda 3839 tankerə yüklənib və dünya bazarına göndərilib.

1-ci rüb ərzində isə BTC vasitəsilə təqribən 63 milyon ton (8,3 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib”, - məlumatda belə deyilir.

BTC Co.şirkətinin səhmdarları BP (30,10%); AzBTC (25,00%); Chevron (8,90%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5,00%); Total (5,00%), ITOCHU (3,40%); INPEKS (2,50%), ExxonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

 

 

Вся лента