“Bank Respublika”- nın istiqrazları üzrə hərracın nəticəsi açıqlanıb

16:31 - 10.06.2022


10 iyun, Fineko abc.az.  "Bakı Fond Birjası" QSC-də (BFB) “Bank Respublika” ASC-nin 5 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, hərraca 4 investor qiyməti 1 000 manat (8,5%), ümumi məbləği isə 5 milyon manat olan 4 sifariş təqdim edib.

Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8,5%-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Вся лента