Almaniya Bankı Gürcüstana böyük məbləğdə vəsait ayıracaq

14:19 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Almaniya İnkişaf Bankı (KfW) Gürcüstanda biomüxtəlifliyin mühafizəsi və qorunan ərazilərin inkişafı üçün 24 milyon avro məbləğində qrant ayıracaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, vəsait əsasən, Gürcüstanın Acarıstan bölgəsində qorunan ərazilərin abadlaşdırılmasına sərf olunacaq.

O cümlədən sözügedən ərazinin genişləndirilməsinə, meşə fondunun artırılmasına, xüsusən də adları “Qırmızı kitab”a düşmüş flora və fauna növlərinin qorunmasına və çoxaldılmasına sərf olunacaq.

"Bununla əlaqədar altı illik proqram hazırlanıb. Bu proqram Gürcüstanda biomüxtəlifliyin mühafizəsinin Avropa və müasir standartlara uyğunlaşdırılmasında yeni mərhələnin əsasını qoyacaq. Eyni zamanda, ətraf mühitin mühafizəsində Almaniya təcrübəsi də öyrəniləcək", - deyə Gürcüstan parlamentinin ətraf mühitin mühafizəsi komitəsinin sədri Mayya Bitadze bildirib.

Onun sözlərinə görə, bu gün Gürcüstanda 94 mühafizə olunan sahə var və bu da ölkənin ümumi ərazisinin 11,5 faizini təşkil edir.

Вся лента