Marketlərdə saxta “Siyəzən Broyler” toyuqları satılır - Foto

16:24 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Bu günlərdə Cənub bölgəsində yerləşən çoxsaylı marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in əmtəə nişanından qanunsuz istifadə halı aşkarlanıb.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından ABC.AZ-a verilən məlumata görə, Lənkəran rayonu Vilvan kəndindəki “Limon market”, Liman qəsəbəsində yerləşən “Rəhimli Market”, Avrora  kəndində “Həsən market” və digər marketlərdə kütləvi şəkildə “Siyəzən Broyler”in məhsulu adı altında toyuq ətinin satışı həyata keçirilir.

"Bu marketlərin heç birinə “Siyəzən Broyler” ASC tərəfindən məhsul verilmir, onlarla hər hansı ticari müqavilə bağlanmayıb. ASC-nin nümayəndələri saxta məhsulların satıldığı marketlərdə olaraq fotoçəkilişlər aparıb, fırıldaqçılıq hallarına dair dəlil-sübutlar toplayıblar. Həmin sübutların təqdim olunduğu qurumlar sahibkarlıq subyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyindən icazə alınmalı olduğunu, bu səbəbdən müraciətlərə 15 gün müddətində baxılacağını bildiriblər. Halbuki artıq marketlərdən saxta məhsulların yığışdırılmasına başlanıb. Bu baxımdan, “Siyəzən Broyler” ASC-nin əmtəə nişanından qanunsuz istifadə edilərək satılan toyuq ətinin keyfiyyəti, qida təhlükəsizliyi normalarına cavab verib-verməməsi böyük sual altındadır", - məlumatda deyilir.


Вся лента