Avropada tənəzzül riski arta bilər

17:08 - 13.06.2022


13 iyun, Fineko/abc.az. ABŞ-n maliyyə xidmətləri şirkəti "Citigroup Inc."ın təhlilinə görə, qlobal əmtəə alıcıları qiymətlərin artması səbəbindən 2022-ci ildə istehsalçılara 2019-cu illə müqayisədə 5,2 trilyon dollar çox ödəyəcəklər.

ABC.AZ xəbər verir ki, bu artım dünya iqtisadiyyatının 5 faizinə bərabərdir.

İlin ikinci yarısında da fyuçers qiymətlərinin artdığı bir ssenaridə bu məbləğ 6,3 trilyon dollar çox olacaq ki, bu da qlobal iqtisadiyyatın 6,2 faizinə bərabərdir.

Araşdırma hesabatında qeyd olunur ki, belə bir əmtəə şoku istənilən halda 1970-ci illərin əvvəllərindəki neft böhranı zamanı qlobal iqtisadiyyatın yaşadığı səviyyədə baş verəcək.

Əmtəə şoku nə qədər uzun dava edərsə; istehlakçılar, qlobal iqtisadi artım və səhmlərə mənfi təsirə də o qədər böyük olacaq.

Citi analitikləri proqnozlaşdırırlar ki, uzunmüddətli perspektivdə qiymət artımının davam etməsi Avropada tənəzzül riskini artıra və Avropanın rəqabət qabiliyyətinə zərər verə bilər.

Вся лента