İyul ayından etibarən Azərbaycanda ərzaq təhlükəsizliyinin uyğunluğuna dair monitorinqlər başlayır

13:44 - 18.05.2018


18 may, Fineko/abc.az. Qida Təhlükəsizliyi Dövlət Agentliyi ərzaq təhlükəsizliyi zəncirinin bütün iştirakçılarının monitorinqinə başlayacaq.

Bakıda keçirilən Qida Təhlükəsizliyi üzrə I Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli konfrans zamanı bildirib ki, dövlət başçısının sərəncamı ilə agentlik fəaliyyətini iyulun 1-dən qədər başlayacaq.

“Agentliyin fəaliyyətindən biri, təsərrüfat subyektlərinin monitorinqi olacaq. Təftiş və yoxlamalar Qida Təhlükəsizliyi Dövlət Agentliyinin yoxlama və dövlət nəzarət şöbəsinin əməkdaşları tərəfindən aparılacaq”, - Q.Təhməzli belə deyib.

Onun sözlərinə görə, Agentliyin məqsədi, təsərrüfat subyektlərinin beynəlxalq standartlara uyğunluğu və ölkə əhalisinin sağlamlığı məqsədilə, onlara dəstək göstərməkdir.

 

 

Вся лента