Azərbaycanda avtomobil yağı istehsalına başlanılıb

16:14 - 16.06.2022


16 iyun, Fineko/abc.az. AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “Proline Chemicals” MMC texnoparkda müəssisə üçün nəzərdə tutulan ərazidə istehsalat prosesinə başlayıb.

ABC.AZ müəssisə mikro- və makro- silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nano-hissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə məşğul olur.
Belə ki, “Proline Chemicals” MMC-də avtomobil texniki mayeləri, avtomobil kimyası, avtomobil qulluq vasitələri, avtomobil kosmetikası, sənaye kimyəvi vasitələri, məişət kimyası  üçün yüksək keyfiyyətli yuyucu və təmizləyici vasitələr, otel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələrin istehsalı həyata keçirilir.

Вся лента