Emin Ağalarov “Sea Breeze” layihəsinə bu qədər pul xərcləyib

17:11 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Bakının Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” layihəsinə qoyduğu investisiyanın məbləğini açıqlayıb.

ABC.AZ xəbər verir ki, o bu barədə “Rossiya-1” telekanalında yayımlanan “Vesti nedeli” proqramında danışıb.

“Bugünkü gün layihəyə qoyulan ümumi investisiya təxminən 400 milyon dollar (680 milyon manat) təşkil edib. Təxminən 300-400 min kvadrat metr müxtəlif daşınmaz əmlak inşa edilib”, - Ağalarov deyib.

 

Вся лента