Avropanın bu ölkəsində ödənişər əsasən rəqəmsaldır

17:02 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Macarıstan əhalisinin yarıdan çoxu xidmətlər üçün ödənişləri rəqəmsal üsulla etməyi üstün tutur. Bu, həm tez, həm də rahat başa gəlir.

ABC.AZ xəbər verir ki, Avropa İttifaqı ölkələrində, ABŞ və Kanadada xidmət sahələrinin trendlərini öyrənən “DSW” sosioloji qrupunun apardığı tədqiqatın nəticələri belə deməyə əsas verir.

Macarların 57 faizi alış-veriş edərkən bank kartı ilə ödəniş edir.

Onlar bəsit prinsipə - pulları impulsiv xərcləməmək prinsipinə əsaslanaraq, öz xərclərinə nəzarət etməyə və bu xərcləri planlaşdırmağa meyillidirlər. Respondentlərin yalnız 18 faizi nağd ödənişə üstünlük verir.

Вся лента