11:37 - 21.05.2018
21 may, Fineko/abc.az. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndə heyəti, Agentliyin sədri Fuad Nağıyevin rəhbərliyi ilə Altay diyarında olub.
“Komsomolskaya Pravda” xəbər verir ki, hər iki tərəf turizm sahəsində qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlib.
Azərbaycan nümayəndələri bildiriblər ki, öz turistlərini ölkənin qərb hissəsindən Altay ərazisinə yönəltməkdə maraqlıdırlar. Yaxın gələcəkdə Azərbaycanın nümayəndələri regional turizm sərgilərində iştirak edəcəklər. Hazırda Agentlik Altay diyarının turoperatorları ilə aktiv şəkildə əlaqələr qurur.
Öz növbəsində, Altay turistlərini, Xəzər dənizinin sahilində otel istirahəti və Azərbaycanın mədəni və tarixi yerləri maraqlandıra bilər.
Barnaul turoperatorları artıq Azərbaycana paket turları təklif etməyə hazırdırlar. Bundan əlavə, bu yaz aylarından etibarən Tolmaçyovodan (Novosibirsk) uçuşlar açılıb. Daha əvvəl Bakıya yalnız Moskvadan uçmaq mümkün idi. “Barnaul-Bakı-Barnaul” aviareysin qiyməti təxminən 22 min rubl təşkil edir.
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024