Azərbaycanın xaricə satdığı narın həcmi azalıb

16:48 - 22.06.2022


22 iyun, Fineko/abc.az.  Bu ilin yanvar-may aylarında ölkədən 29 669,59 min dollar dəyərində (6,9% az) 39 075,65 ton (azalma 7,7%) xurma ixrac olunub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, hesabat dövründə, nar ixracının dəyəri 18,8% azalaraq 2 424,00 min dollar, həcmi isə 19,3% azalaraq 1 541,27 ton təşkil edib.

İxrac üzrə hesabata əsasən, bu ilin ilk beş ayında 14 822,77 min dollar dəyərində 33 323,94 ton kartof məhsulu ixrac olunub ki, bu da illik ifadədə dəyər baxımından 30,6%, həcm ifadəsində isə 33,3% azdır.

Вся лента