Qeyri-neft məhsullarımızın ixracının dəyəri 30 faizdən çox artıb

11:37 - 23.06.2022


23 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 1 milyard 188 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, bu ötən ilin eyni dövrünə nisbətən 30,9% artım deməkdir.

"İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir", - deyə o, qeyd edib.

Вся лента