Hepatit B-nin müalicəsi mümkündürmü?

15:14 - 21.05.2018


Hepatit B nədir?

 Hepatit B qaraciyərin virus infeksiyasıdır. Qaraciyəri zədələyən  və yüksək dərəcədə yoluxma riski olan virusdur. Qaraciyər sirrozu və Qaraciyər xərçəngi kimi ağırlaşmalarla özünü göstərir.

Kimlər daha çox Hepatit B riski daşıyır?

•        Qan köçürülmüş insanlar;

•        Venadaxili narkotik qəbul edənlər;

•        Hemofiliya xəstələri (tez-tez qan köçürülməyə məruz qaldığı üçün);

•        Vücudun kəsici-dəlici bir cisimlə kəsilməsi (iynə batma,  tatuaj (döymə etdirmə);

•        Xüsusilə birdən artıq cinsi partnyor, Hemoseksualistlər. Yoluxmuş insanlarla öpüşmək (ağız suyu  vəzlərində virus yükü az olsada çatlamış ve ya zədələnmiş dodaqlardan);

•        Yoluxmuş hamilə qadından doğulan körpələr;

•        Gözəllik salonları və bərbərlərdən istifadə edənlər (manikür, pedikür, dırnaq tutan, kəsici və dəlici alətlər);

Hepatit B-nin simptomları hansılardır?

Bir çox hallarda heç bir şikayət olmur. İnkubasiya (gizli dövr və ya xəstəliyin ilk əlamətlərinin meydana çıxması) müddəti təxminən 24 həftədir. Simptomlar olsa belə çox zəif və qripəbənzər (ürəkbulanma, zəiflik, halsızlıq, iştahsızlıq, hərarət, baş ağrısı, qarın ağrısı ) şəkildə olur. İllər boyu xəstəlik simptomsuz keçə bilir. Ancaq xəstə kəskin forma ve ağırlaşmaları ilə gəldikdə simptomlar qabarıq şəkildə özünü göstərir. Hepatit B –nin ağırlaşması Qaraciyər sirrozu və ya Qaraciyər xərçəngidir.

Hpatit B-nin müalicəsi mümkündürmü?

Hepatit B nin müalicesi tam mümkündür! Ancaq vaxtında və düzgün müalicə taktikası seçilərsə.

Nə vaxt mümkündür? – Hepatit B Qaraciyər Sirrozu və ya Qaraciyər xərçəngi ilə ağırlaşmayıbsa!

Əgər ağırlaşma olubsa belə yenədə Hepatit B müalicəsi individual taktika ilə aparılmalıdır.

Müalicə yalnız Həkim hepatoloq tərəfindən aparılmalıdır!

Hepatit B-dən necə qorunmalı? 

Hepatit B nin peyvəndi mövcuddur. Lakin peyvənd mütləq həkim təyinatına əsasən vurulmalıdır, belə ki hər kəsə peyvənd vurmaq olmaz. 

Yoluxmuş insanlardan ülgüc, jilet. dırnaq tutan, diş fırçası, təmizlik əşyalarının ayrı saxlanması.

Cinsi yolla yoluxmanın qarşısını almaq üçün  qoruyuculardan istifadə, çox partnyorlu həyat tərzindən çəkinmək lazımdır.

İnvaziv tibbi müdaxilə zamanı (diş həkimi, kiçik və böyük aspektli əməliyyatlar) həkimdən HBV ilə bağlı temizlik (dizinfektan və sterilizasiya) tələb etmek.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının təlimatına görə dünyanın 160-dan artıq ölkəsində, həmçinin Respublikamızda uşaqların hepatit B virusuna qarşı erkən dövrdə vaksinasiyası (peyvənd) aparılır. İlk vaksinasiya körpə doğulduqdan 12 saat sonra, növbəti dozalar müəyyən sxemlər üzrə (ÜST-nın təlimatına uyğun olaraq xüsusi hallar istisna edilməklə, 45 yaşa qədər insanların hamısına göstərişdir) aparılır.

Hepatit B virusuna qarşı peyvənd həm də Delta hepatit (Hepatit D) virusuna yoluxma riskindən qorunmaq deməkdir.

Вся лента