16:19 - 21.05.2018
21 may, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Serbiya prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti Aleksandr Vuçiç “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı imzaladılar.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və Serbiya Respublikasının səhiyyə naziri Zlatibor Lonçar imzaladılar.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandumu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Serbiya Respublikasının ədliyyə naziri Nela Kuburoviç imzaladılar.
“Bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.
“Beynəlxalq avtomobil daşımaları haqqında” və “Hava əlaqələri haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
24 Апрель 2024