İlham Əliyev: Azərbaycan və Serbiya energetika sahəsində əməkdaşlıq üçün ümidverici perspektivlərə malikdir

11:06 - 22.05.2018


22 may, Fineko/abc.az. Azərbaycan və Serbiya energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə,  ölkələr energetika sahəsində əməkdaşlıq üçün ümidverici perspektivlərə malikdir.

“Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir”, - İlham Əliyev belə deyib.

Onun sözlərinə görə, bu enerji layihələri geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir.

“Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır”, - deyə dövlət başçısı bildirib.

 

Вся лента