Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq potensialını müzakirə edəcəklər

11:39 - 22.05.2018


22 may, Fineko/abc.az. Azərbaycan və Serbiya ikitərəfli münasibətlərin yaxşılaşdırılmasında böyük potensiala malikdir.

Serbiya prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən mətbuat konfransında bildirib ki, yaxın zamanda hökumətlərarası komissiyanın iclası keçiriləcək.

“Sonuncu iclas 2015-ci ildə olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir”, - deyə A.Vuçiç bildirib.

 

Вся лента