Almaniya Rusiya qazını daha baha ala bilər

10:17 - 4.07.2022


4 iyul, Fineko/abc.az. Almaniya anti-Rusiya sanksiyalarına görə Rusiya qazını daha baha almalı olacaq.

ABC.AZ xəbər verir ki, Almaniya mayeləşdirilmiş təbii qaz (LNG) almaq imkanlarını genişləndirməklə və ya əvəzləmə ilə qaz Avropa ölkəsinə 1 trilyon avroya başa gələcək. Bunu Almaniya iqtisadçıları bildirib.

İqtisadçılar qeyd edib ki, Almaniyanın Rusiya ilə siyasi münaqişəyə daxil olması Berlinin ziyanına işləyə bilər.

Belə ki, iqtisadçılar hesab edir ki, Almaniyada və Avropada Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə hökumət özü-özünə böyük zərər vura bilər.

Вся лента