Manatın dollara nisbətdə məzənnəsi valyuta hərracı nəticəsində dəyişmədi

12:57 - 22.05.2018


22 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.

“AMB mayın 22-də Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının yekununda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan belə  bildirildi.

Mayın 17-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

Вся лента