KPMG şirkəti “Maliyyə Texnologiyalarında Yeni Tendensiyalar: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik”” IRM Forumunda 2018

13:55 - 22.05.2018


17 və 18 may tarixlərində Holiday Inn otelində Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə “Maliyyə texnologiyalarında yeni tendensiyalar: blokçeyn, kriptovalyutalar və təhlükəsizlik” mövzusunda IRM Forum 2018 forumu keçirilib. Forum maliyyə sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin 400-dən çox nümayəndəsini bir araya gətirib. Tədbiri Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açıq elan edib.

Forum zamanı KPMG-nin mütəxəssisləri öz müvafiq təcrübələrini auditoriya ilə bölüşüblər.

Forumun ilk günündə KPMG-də Perspektivli texnologiyalar Departamentinin rəhbəri Nikolay Leqkodimov “Blokçeyn və kriptovalyutalar” panelində iştirak edərək “Kriptovalyutalar və blokçeyn – yeni imkanlar və ya yeni risklər” mövzusunda təqdimatla çıxış edib.

Forumun ikinci günü İnformasiya risklərinin idarə edilməsi Departamentinin baş meneceri Andrey Drozdov “COBIT5 daxili audit standartı kimi” mövzusunda çıxış edib.

Ümumilikdə, forum maliyyə texnologiyaları, blokçeyn və kriptovalyutalar sahəsində yeni və gələcək tendensiyaların və müvafiq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayıb və maraqlı tərəflərin sözügedən texnologiyalar barədə məlumatlanmalarında, habelə maliyyə təşkilatlarının və digər şirkətlərin bu texnologiyaların effektiv tətbiqi barədə fikirlərinin formalaşmasında yardımçı olub.

 

 


Вся лента