"Azpetrol"da benzinin limitlə satıldığı iddia olunur

14:07 - 5.07.2022


5 iyul, Fineko/abc.az. Ötən həftə və həftəsonu günlərində müxtəlif istifadəçilər "Azpetrol" şirkətinin yanacaqdoldurma məntəqələrində yanacağın limitlə satışı halları ilə rastlaşıblar.

ABC.AZ xəbər verir ki, nu barədə yerli mətbuatda məlumat verilib.

Qeyd edilib ki, istifadəçilər limitin Aİ-95 benzininin satışına aid olduğunu, hər avtomobilə 30 litrdən artıq benzin verilmədiyini bildiriblər.

Bəzi istifadəçilər isə digər yanacaqdoldurma məntəqələrində, xüsusilə rayonlarda da belə hallar olduğunu və limitin Ai-92 ğbenzininə də aid olduğunu bildiriblər.

"Azpetrol" şirkətinin mətbuat katibi Ülviyyə Hüseynova FED.az-a şirkətin YDM-lərində limit qoyulmadığını bildirib.

Onun sözlərinə görə, limit yalnız Aİ-94 benzininə aid ola bilər, o da YDM-lərin təchizat problemi ilə bağlıdır.

 

Вся лента