Azərbaycan 6 ayda xarici borcları üçün nə qədər pul qaytarıb?

15:11 - 5.07.2022


5 iyul, Fineko/abc.az. 2022-ci ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 787,7 milyon manatı və ya 6,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

ABC.AZ Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 95,8 milyon manat və ya 10,8 faiz azalıb.

 

Вся лента