Bakı yollarının birində hərəkət qismən məhdudlaşdırılacaq

15:08 - 22.05.2018


22 may, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi  yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməkdə davam edir.

Agentliyin məlumatında deyilir ki, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

“Bununla bağlı,  axşam saatlarına qədər həmin sahədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq”, - deyə məlumatda bildirilir.

 

Вся лента