Maliyyə Nazirliyi DQİ yerləşdirdi

10:03 - 23.05.2018


23 may, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi ötən gün dövlət qısamüddətli istiqrazların (DQİ) yerləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, mayın 22-də Maliyyə Nazirliyi, AZ0104004681 ISIN nömrəli, manatla nominasiya olunmuş DQİ satmışdır.

DQİ 35 milyon manat həcmində, 364 gün müddətinə təklif edilmişdir.

14 investordan 163993,2 min manat məbləğində DQİ alışına dair sifariş daxil olmuşdur. İnvestorlar bir istiqraza  90,9544 manatdan (illik gəlirlik iddiası 9,9999%) 93,4915 manata (6,9999%) qədər təklif etmişlər.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti  92,1210 AZN (gəlirlik 8,6000%), orta ölçülmüş qiyməti 92,4764 AZN (8,1805%) müəyyən edilmişdir. Nəticədə 35 milyon manat həcmində DQİ satılmışdır.

 

 

Вся лента