FAO GMO-ların aşkarlanması üzrə regional təlim keçirib

23.10.2017,10:34


FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi “Biotəhlükəsizlik üzrə bacarıqların artırılması” layihəsi çərçivisində “GMO-ların ISO 17025-ə əsasən aşkarlanması, identifikasıyası, miqdarının təyin edilməsi və laborator akkreditasiyası” üzrə regional təlim kursu keçirib.

Oktyabrın 16-20-də təşkil edilən təlim Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda baş tutub. Təlimin son günü, oktyabrın 20-də iştirakçılar əvvəlcə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin laboratoriyalarını ziyarət edib, daha sonra isə Genetik Ehtiyatlar İnstitutunda təşkil edilmiş bağlanış mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov bu təlimin təşkil edilməsinə görə FAO-nin Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinə təşəkkürünü bildirərək qurumlar arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

FAO-nun Orta Asiya Regional Ofisinin bitki mühafizəsi və istehsalı üzrə rəsmisi Hafiz Muminjanov da çışıx edərək bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Azərbaycan, Tacikistan, Qırğızıstan və Qazaxıstandan ümumilikdə 40 iştirakçının qatıldığı tədbirə təlimçi olaraq FAO-nun GMO aşkarlanması üzrə beynəlxalq eksperti Tzveta Georgieva dəvət olunub.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Ключевые слова: FAO