Türkiyə Ermənistan sərhədi minalardan təmizlənir  

15:08 - 13.07.2022


13 iyul, Fineko/abc.az.   Ermənistanla sərhədə bitişik Akyak bölgəsində Türkiyə ərazilərinin minalardan təmizlənməsi proseduru həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin “GazeteKars” nəşri məlumat yayıb.

Qeyd edilib ki, təmizlənmə artıq 3 həftədir ki, davam edir.
Təmizlənməni İsrail şirkəti həyata keçirir.  Bu, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan biridir. Doğukapı və Alikan keçid məntəqələrinin açılışı üçün aktiv hazırlıq işləri aparılır. Ermənistan tərəfdən bunlar müvafiq olaraq Axuryan və Marqara keçid məntəqələridir. Sərhədlər üçüncü ölkə vətəndaşları üçün açılacaq.

Вся лента