“AZZA” məhkəməlik oldu

12:25 - 14.07.2022


14 iyul, Fineko/abc.az.  “AZZA” QSC məhkəməyə verilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.
Belə ki, “AZZA” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub. İş hakim Hüseyn Səfərovun icraatına verilib.

Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə standartlar, normalar və qaydaların pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Вся лента