Zaxarova: Ermənistan-Türkiyə dialoquna hər cür töhfə verməyə hazırıq

15:11 - 14.07.2022


14 iyul, Fineko/abc.az . “Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə davam edir”.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib. 
Onun sözlərinə görə, Rusiya gələcəkdə də Ermənistan-Türkiyə dialoquna hər cür töhfə verməyə hazırdır: “Bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi cəhətdən çiçəklənməsinə cavab verir”.

Вся лента