Bakının daha iki yolunda hərəkət məhdudlaşdırıldı

11:56 - 23.05.2018


23 may, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nişanlanma xətlərinin çəkilişi üzrə işləri davam etdirir.

Agentliyin məlumatında deyilir ki, işlər Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda aparılır.

“Bununla bağlı, sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarına qədər avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

 

Вся лента