Azərbaycanda fermerlərin kreditlərə çıxışı asanlaşdırılır

13:07 - 23.05.2018


23 may, Fineko/abc.az. Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışını sadələşdirmək üçün tədbirlər görülür.

Kənd Təsərrüfatı Nazirliyindən xəbər verildi ki, sabah Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə bir sıra bank və bank olmayan təşkilatlar arasında niyyət protokolunun imzalanması mərasimi keçiriləcək.

“Protokol, fermerlərin maliyyələşməyə və aqrar məhsulların istehsalçılarına çıxışını təmin etmək məqsədi ilə imzalanacaq”, - məlumatda belə deyilir.

 

 

Вся лента