ABŞ-dan Azərbaycan və Ermənistan münasibətləri barədə açıqlama

10:01 - 19.07.2022


19 iyul, Fineko/abc.az. “ABŞ Tiflisdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında keçirilən görüşü alqışlayır”.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin sözçüsü Ned Prays deyib.

“Dialoq Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə nail olmaq üçün ən yaxşı vasitədir və ABŞ bunu bütün mümkün vasitələrlə dəstəkləməyə davam edəcək”, - deyə Prays söyləyib.

Onun sözlərinə görə, ABŞ İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılmasında fəal rol oynayır:

“ABŞ ikitərəfli və eyni mövqeli tərəfdaşlarla birlikdə, o cümlədən ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində tərəflərə uzunmüddətli və hərtərəfli sülhün əldə edilməsində köməklik göstərməyə hazır olduğunu mütəmadi olaraq bəyan edib”.

Вся лента