Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin qəbulu haqqında elan edib

16:14 - 23.05.2018


23 may, Fineko/abc.az. Azərbaycanın Sabirabad rayonunda investisiya layihələrinin qəbulu elan edildi.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki,  Sahibkarlığa Kömək Milli Fondu prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

“Soya, mərci, noxud istehsalçılarından investisiya layihələri,  iri fermer təsərrüfatları, intensiv bağçılıq, istixanalar, cins heyvandarlıq təsərrüfatları və pambıqçılıq təsərrüfatlarının yaradılması üzrə layihələr, həmçinin, meyvə və tərəvəz emalı, çörək və ədviyyat istehsalı və qablaşdırılması, plastik tara və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması  üzrə layihələr qəbul ediləcək”, - deyə məlumatda bildirilir.

 

Вся лента